Moskvada araq şüşəsinə heykəl qoyublar
15 Noyabr 2009 Bazar 01:10
Abidə sürücülərə sərxoş vəziyyətdə avtomobil idarə etməyin yolverilməzliyini xatırlatmalıdır
Moskvanın Krasnopresnenski sahilində sürücülərə sərxoş vəziyyətdə avtomobil idarə etməyin yolverilməzliyini xatırladan abidənin açılışı olub. Abidəsi qoyulmuş 12 metrlik şüşə qabın (butulka) içərisində qəzalarda sıradan çıxmış avtomobillər var. Heykəl 15 noyabr - yol-nəqliyyat qəzaları qurbanlarının Beynəlxalq anım günü ərəfəsində ucaldılıb.
Rusiya DİN yol hərəkətinin təhlükəsizliyi Departamentinin rəisi Viktor Nilov bildirib ki, abidə müvəqqəti olaraq Beynəlxal Ticarət Mərkəzinin əarizsinə qoyulub. Çünki tezliklə orada yol hərəkəti təhlükəsizliyinə həsr olunmuş nazirlər toplantısı keçiriləcək. Toplantıdan sonra heykəl daimi yerinə-Leninqrad prospektinə köçürüləcək.
Statistik məlumatlara görə, Rusiyada sərxoş sürücülər üzündən 10500-dən çox qəza baş verib, 1800-dən artıq adam ölüb, 15500-də çox xəsarət alan olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: