Moskvada 70 nəfər həbs edilib
20 Mart 2010 Şənbə 21:15
Rusiyanın 50 şəhərində hökumət əleyhinə etiraz aksiyaları keçirilib.
Rusiyanın 50-yə yaxın şəhərində “qəzəb günü” adı altında keçirilən hökumət əleyhinə aksiyalarda xeyli sayda insan həbs olunub. Moskva Daxili İşlər İdarəsinin verdiyi məlumata görə, paytaxtda icazə verilməyən yerlərdə aksiya keçirməyə cəhd göstərən 70 nəfər aksiya iştirakçısı saxlanılıb.
Sankt-Peterburqda keçirilən etiraz nümayişində təqribən min nəfər iştirak edib. Nümayişdə “Putin getməlidir”, “Matvienko istefaya” kimi şüarlardan istifadə edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: