Moskvada 60 müxalifət nümayəndəsi həbs edilib
31 Avqust 2010 Çərşənbə Axşamı 21:00
Aksiya iştirakçıları kiçik dəstələrə bölünməklə meydandan uzaqlaşdırılırlar.
Moskvada etiraz aksiyası keçirən müxalifətçilərdən təqribən 60 nəfəri saxlanılıb. “Strategiya-31” hərəkatının tərəfdarlarının keçirdiyi etiraz aksiyaları Rusiyanın müxtəlif yerlərində keçirilir. Moskvada Trimfual meydanına təqribən 700 müxalifət fəalının toplaşdığı bildirlir. Rusiya elektron nəşrlərinin yaydığı məlumata görə, hüquq mühafizə orqanları tərəfindən etirazçılara qarşı sərt formada müdaxilə olunur. Aksiya iştirakçıları kiçik dəstələrə bölünməklə meydandan uzaqlaşdırılırlar.
Sankt-Peterburqda da təqribən 500 nəfərə yaxın müxalifət nümayəndəsinin etiraz aksiyası keçirdiyi bildirlir.
Qeyd edək ki, “Strategiya-31” Rusiyada azad toplaşmaq hüququnu müdafiə edən ümumrusiya hərəkatıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: