Moskvada 30 müxalifətçi həbs edilib
31 İyul 2009 Cümə 21:05
Onlar Zəfər meydanında qanunsuz aksiya keçirməyə cəhd göstərib

Bu gün Moskvanın Zəfər meydanında qanunsuz aksiya keçirməyə cəhd göstərən müxalifət hərəkatlarının 30-dan çox üzvü milis əməkdaşları tərəfindən həbs olunub. ANS PRESS-in "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə paytaxtın hüquq-mühafizə orqanlarından məlumat verilib.

"Biz aksiyanın paytaxt hakimiyyəti ilə razılaşdırılmadığı barədə əvvəlcədən onları xəbərdar etmişdik. Lakin onlar bizim tələblərimizə məhəl qoymayaraq aksiyalarını həyata keçirməyə çalışdılar. Artıq milis əməkdaları tərəfindən 30-dan artıq aksiya iştirakçısı saxlanılıb", - deyə məlumatda bildirilir.

Məlumatda bildirilir ki, hazırda onlar barədə inzibati tədbirlər görülür.



DOSTLARINLA PAYLAŞ:

oyunlar