Moskvada
29 Yanvar 2012 Bazar 15:18
Hadisə zamanı gəmidə 10 fəhlə olub
Moskva ətrafında bu gün günorta saatlarında "Anna Axmatova" gəmisi yanıb. ANS PRESS-in Rusiya FHN Moskva şəhər idarəsinin Moskva bölməsinin mətbuat xidmətinin başçısı Yuliya Qavrikovaya istinadən bildirir ki, gəminin üçdə biri yanıb. Gəminin alışması Moskva vaxtı ilə saat 12:23-də Moskva kanalında "Pçelka" pansionatının yaxınlığında baş verib. Hadisə zamanı gəmidə 10 fəhlə olub. Onların hamısı təxliyyə edilib.
Xatırladaq ki, "Anna Axmatova" gəmisi 1959-cu ildə Macarıstanda düzəldilib. Bundan əvvəl o, “Dnepr”, “Mixail Nazarov” və “Vladimir Monamax” adlarını daşıyıb.
DOSTLARINLA PAYLAŞ: