Moskva Xəzərdə gücünü artırır
04 May 2011 Çərşənbə 20:25
Rusiya 2020-ci ilədək Xəzər flotiliyasına 16 yeni hərbi gəmi daxil etməyi planlaşdırır
Rusiya 2020-ci ilədək Xəzər flotiliyasına 16 yeni hərbi gəmi daxil etməyi planlaşdırır. ANS PRESS-in Rusiyanın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı Vladimir Vısotski bildirib. Onun sözlərinə görə, qarşıdakı illərdə Xəzər dənizində "Cənub" komandanlığının nəzdində yeni sahil raket hissələri və aviasiya qrupları formalaşdırılacaq.

RF HDQ komandanı bildirib ki, Rusiya 2020-ci ilədək Xəzər flotiliyasına 16 yeni hərbi gəmi daxil edəcək: “Bu il isə flotilyanın tərkibinə “Tatarstan” və “Volqodonsk” raket katerləri və 3 desant gəmisi daxil ediləcək. Hərbi Dəniz Qoşunlarının flotilyası Dağıstanın Mahaçqaladakı hərbi limanda genişləndirmə işləri aparmağı da planlaşdırır”.

Qeyd edək ki, hazırda Rusiya HDQ-nin Xəzər Hərbi Flotilyasının tərkibinə 1 gözətçi gəmisi, 2 kiçik artilleriya kateri, 6 artilleriya kateri, 4 raket kateri, 11 desant gəmisi və 3 tral gəmisi daxildir. Onlar əsasən Xəzərdə yerli şirkətlərin təhlükəsizliyini tam təmin edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar