Moskva və Tiflis Rusiyanın ÜTT-yə qəbuluna imkan verən saziş imzalayacaqlar
05 Noyabr 2011 Şənbə 00:47
Kreml İsveçrə və Gürcüstan tərəfindən təklif edilən şərtləri qəbul etməyə məcbur olub.
Noyabrın 9-da Rusiya və Gürcüstan arasında Rusiyanın Ümumdünya Ticarət Təşkilatına qəbuluna imkan verən sazişi imzalayacaqlar. Məlumatı “Reuters” agentliyi Gürcüstan xarici işlər nazirinin müavini Sergi Kapanadzeyə istinadən yayıb.

Nazir müavini agentliyə açıqlamasında bildirib ki, sənədlər paketi noyabrın 9-da Cenevrədə imzalanacaq. Onun sözlərinə görə, Rusiya tərəfi rəsmi Tiflisə məlumat verib ki, müqavilə imzalamağa razıdırlar. Müqavilə şərtləri İsveçrədən olan vasitəçilərin iştirakı ilə hazırlanıb.

Bundan əvvəl Rusiya prezidenti Dmitri Medvedev Rusiyanın İsveçrə və Gürcüstan tərəfindən hazırlanmış güzəştlərə getməyə hazırdır.

Moskvanın ÜTT-yə qəbulu ilə bağlı müqvilə Moskva və Tiflisin ticarət məlumatlarının auditğinə müstəqil şirkətin cəlb edilməsini nəzərdə tutur. Rusiyanın Cənubi Osetiya və Abxaziya separatçı bölgələri ilə sərhədinə gömrük nəzarətini üçüncü tərəf həyata keçirəcək.

Rusiya və Gürcüstan arasında müqavilə imzalandıqdan sonra onu Rusiyanın Dövlət Duması təsdiqləməlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar