Moskva və Sankt-Peterburqu su basdı: ölənlər var
09 İyul 2011 Şənbə 00:38
Üç nəfəri ildırım vurub.
Ötən gün yerli vaxtla saat 17.00-dan başlayaraq, göy guruldayıb, ildırım çaxıb, ardınca isə tropik leysan başlayıb. Şəhərin bəzi yerlərinə dolu düşüb. Sinoptiklərin yağmurlu havanın səhərədək davam edəcəyi barədə proqnozlarına bazmayaraq, hava təxminən bir saatdan sonra düzəlib. Amma təbii fəlakətin Rusiya paytaxtına vurduğu ziyanın nəticələri hələ də aradan qaldırılmayıb.
Yağışdan sonra Moskva küçələrinə 120-dən çox texnika çıxarılıb. “İntefaks”ın məlumatına görə, şəhərin küəələrini su basıb, yollarda tıxaclar yaranıb. Təbii fəlakətdən insanlar da əziyyət çəkib. Saat 18 radələrində gənc qadını ildırım vurub. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Sankt-Peterburqda da güclü leysan yağıb. Rusiyanın şimal paytaxtında təbii fəlakət tələfatsız ötüşməyib. Bir qadın və kişi ağacın altında yağışdan gizlənərkən onları ildırım vurub. Hər iki nəfər dünyasını dəyişib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: