Moskva polisi qurban kəsənlərə mane olub
06 Noyabr 2011 Bazar 17:47
Rusiya paytaxtında yalnız 170 min müsəlman qurban kəsə bilib.
Rusiya polisi paytaxt Moskvada qurban kəsənlərə mane olub.

ANSPRESS «İnterfaks» agentliyinə istinadən bildirir ki, polisə məlumat verilib ki, bir qrup müsəlman Kubinka və Marşal Nadelin küçələrinin kəsişməsində körpü altında qurban kəsmək istəyir.

Polis dindarlara mane olub və bildirib ki, Moskva ərazisində ictimai yerdə heyvan kəsmək qadağandır.

Həmin gün Rusiya paytaxtında polisə müsəlmanların qurban kəsməsi barədə daha iki məlumat daxil olub, lakin onlar yalan çıxıb.

Amma Rusiya paytaxtında müsəlmanların bir qismi qurban kəsə bilib. Rusiya polisinin məlumatına görə, həmin gün Moskvada 170 min müsəlman qurban kəsib. Onların 80 mini bu müqəddəs adəti Mir prospektində yerləşən Cümə məscidinin ətrafında gerçəkləşdirib .



DOSTLARINLA PAYLAŞ:

oyunlar