Moskva metrosuna turistlər buraxılmayacaq
31 Avqust 2011 Çərşənbə 11:46
Moskva metropoliteni yalnız moskvalılar üçündür.
Rusiyalı və xarici turistlər Moskva metrosuna buraxılmayacaq. ANS PRESS RBC agentliyinə istinadən xəbər verir ki, Moskva Metropoliteninin bu qərarı "Komsomolskaya" stansiyasının üç vağzalın meydanında yerləşən yuxarı vestibülünün açılışı ilə bağlıdır. Turistlər üçün Leninqrad və Yaroslav vağzallarının arasında yerləşən ən rahat metropoliten vestibülü bir neçə il bundan əvvəl bağlanmışdı. Avqustun 29-da həmin vağzal yenidən açılacaq, amma bura sərnişinlər yalnız sosial kartlarla buraxılacaq. Bu barədə Moskva Metropoliteninin mətbuat xidməti məlumat yayıb.
Vestibülə yalnız Moskva və yaxud Moskva ətrafı vilayətin sosial kartlarına malik şəxslər buraxılacaq. Yəni hətta Moskva sakinlərinin də hamısı metronun bu rahat girişindən istifadə edə bilməyəcək.
Paytaxta gələn Sankt-Peterburq sakinləri və yaxud Helsinki, Tallin, Pein, Pxenyandan Bakıdan gedən turistlər Moskva metrsouna düşə bilməkdən ötrü çemodanlarda çoxsaylı pilləkənləri düşməli və "Komsomolskaya" stansiyasının aşağı vestibülünə giriş axtarmalıdırlar. Bunu etmək isə nəinki "qonaqpərvər" Moskvaya birinci dəfə gələnlər üçün, hətta yerli moskvalılar üçün çətindir.
Bundan əlavə, Leninqrad vağzalının meydanında aparılan təmir işlləri ilə əlaqədar "Komsomolskaya"nın aşağı vestibülünə giriş məhdudlaşdırılavaq və turistlər üçün ora düşmək həddinən artıq çətin olacaq.
Xatırladaq ki, Moksvanın hakimiyyəti əcnəbi turistlərə Rusiya paytaxtında məhz nəyin çatışmadığını öyrənməyə çalışır. 2012-2016-cı illərdə Moskvada əcnəbi səyahətçilərin sayını iki dəfə artırmağı planlaşdırırlar. Bununla belə, paytaxtda standartdan kənar marşrutlarr, o qədər də baha olmayan mehmanxanalar, həmçinin ingilis dilində göstəricilər azdır. Moskvada yalnız reklam, istirahət və turizmin inkişafı üçün yaxın 5 il üçün 280 milyon rubl ayrılacaq.
Maraqlıdır ki, Moskvaya gələn əcnəbi jurnalistlər Leninqrad vağzalında hansı reklamla qarşılaşacaqlar? Məsələn: xarici turistlər üçün metroya giriş qadağandır. Və bu, Rusiya turizminin əsl simasını göstərəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: