Moskva merinin istefası məsxərəyə çevrilib
28 Sentyabr 2010 Çərşənbə Axşamı 12:40
“Bu dünyada hər şey Çində edilir, hətta Lujkovun istefası da”.
Moskva meri Yuri Lujkovun Rusiya prezidenti Dmitri Medvedev tərəfindən istefaya göndərilməsi artıq ictimaiyyət arasında zarafata çevrilməyə başlayıb.
“Bu dünyada hər şey Çində edilir, hətta Lujkovun istefası da”. Müəllifi məlum olmayan bu deyim bu gün virtual şəbəkədə dolaşmağa başlayıb.
Bir çoxları əmin idilər ki, prezident Medvedev Lujkovun məsələsi ilə bağlı qərarını Çinə səfərindən qayıdanadək təxirə salacaq, lakin görünür, dövlət başçısı başqa cür düşünüb.
Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedev Moskva merinin səlahiyyətlərinin təcili dayandırılması barədə sərəncam imzalayıb. Yeni mer vəzifəsinə isə Vladimir Resin təyin edilib.
Yuri Lujkov 18 idən artıq idi ki, Rusiya paytaxtının meri postunu tuturdu. Kremldən Lujkovun vəzifəsindən kənarlaşdırılmasına səbəb kimi onun prezidentin inamını itirməsi göstərilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: