Moskva İrəvan təyyarəsində növbəti dava
24 Yanvar 2011 Bazar Ertəsi 15:20
Moskva İrəvan təyyarəsində növbəti dava. Təyyarənin enişi zamanı bir sərnişin digərinə zərbə vurub.
Moskva-İrəvan reysi ilə hərəkət edən təyyarənin göyərtəsində növbəti dəfə dava düşüb. Ermənistan polisinin verdiyi məlumata görə, təyyarə bələdçisi bildirib ki, dünən yanvarın 23-də Moskva-İravan təyyarə reysinin enişindən sonra sərnişinlərdən biri digərini təhgir edib. O birisi isə bu anda ona zərbələr endirməyə başlayıb. Hər iki dava salan məhkəmə tibbi ekspertizasına göndərilib.
Xatırladaq ki, ötəbn il Moskvadan İrəvana uçan təyyarənin göyərtəsində də dava baş vermişdi. Həmin vaxt 31 yaşlı sərnişin Sergey Vardanyan digər sərnişin 31 yaşlı Karen Qriqoryanın başına içki şüşəsi ilə zərbə yetirmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: