Moskva hökuməti istefaya göndərildi
29 Sentyabr 2010 Çərşənbə 12:25
Bu addım “Moskva hökuməti haqqında” şəhər qanununa əsasən atılıb.
Bu gün Moskva hökuməti bütünlüklə istefaya göndərilib. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Moskva meri vəzifələrinin müvəqqəti icraçısı Vladimir Resinə yaxın dairələrdəki mənbədən məlumat verilib.

“ “Moskva hökuməti haqqında” şəhər qanununa görə, Rusiya prezidentinin paytaxt merinin vəzifəsindən azad edilməsinə dair qərarı, sərəncamın imzalandığı günün səhəri paytaxt hökuməti istefaya göndərilməlidir”, - deyə həmsöhbət bildirib.

O xatırladıb ki, Rusiya prezidentinin Yuri Lujkovun vəzifəsindən uzaqlaşdırılması barədə sərəncamı çərşənbə axşamı saat 8:00-da dərc edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar