Moskva Haaqa Məhkəməsini saymır
23 İyul 2010 Cümə 21:50
Rusiya XİN: "Biz Kosovonun müstəqilliyini tanımırıq".
Rusiya Kosovonun müstəqilliyini tanımır. Belə bir bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Andrey Nesterenko çıxış edib. Rusiya xarici siyasət idarəsinin rəhbəri Beynəlxalq Haaqa Məhkəməsinin bəyanatının Rusiyanın məsələ ilə bağlı mövqeyinə təsir etmədiyini bildirib: ”Beynəlxalq Haaqa Məhkəməsinin ancaq bəyannamənin özünə qiymət verməsi prinsipial şəkildə vacibdir. Məhkəmə Kosovonun birtərəfli şəkildə Serbiyadan ayrılması hüququnun olması məsələsini daha geniş şəkildə nəzərdən keçirməyib. Beynəlxalq məhkəmə həmçinin qərarında bu sənədin qəbul edilməsinin nəticələri hadqa da heç nə ifadə etməyib”.

“Bizim Kosovonun müstəqilliyini tanımamağımızla bağlı mövqemiz dəyişməz olaraq qalır. Hesab edirik ki, Kosovo problemi BMT Təhlükəsizlik Şurasının 1244-cü qətnaməsi əsasında maraqlı tərəflərin ancaq danışıqları davam etdirmələri sayəsində həll edilə bilər. Gələcəkdə də buna aktiv şəkildə yardım etməyə hazırıq”,- deyə Rusiya XİN-nin məlumatında deyilir.

Xatırladaq ki, bu vaxtadək Kosovonun müstəqilliyini 69 ölkə tanıyıb. ANSPRESS





DOSTLARINLA PAYLAŞ:

oyunlar