Moskva etrafında gizli miqrant şeheri tapıldı
05 Avqust 2013 Bazar Ertəsi 20:51
30 hektar erazide kafeler, banklar, ibadet otaqları, poliklinika ve müxtelif istehsal sexleri yerleşirmiş.
Moskva ətrafındakı Dolqoprudnı şəhərində qeyri-leqal miqrantların yoxlanması zamanı 600 nəfər saxlanıb. ANS PRESS Moskva vilayəti daxili işlər idarəsinin saytına istinadən bildirir ki, hüquq-mühafizə işçiləri sahəsi 30 hektar olan meyvə-tərəvəz bazasının ərazisinə girərək orada bütöv gizli şəhər aşkarlayıblar.

Məlumata görə, bazada hər cür sosial infrastruktura - kafelər, banklar, ibadət otaqları, poliklinika, müxtəlif istehsal sexləri yerləşir. Bazada miqrantları ailəliklə baraklarda yaşayırmış və hər ailə bir baraka görə ayda 1000 rubl (təxminən 30 dollar) ödəyirmiş. Miqrantlar gündə 400 rubl (təxminən 15 dollar) qazanırmışlar. Onlar əsasən bazarda ən ağır işlərdə çalışırmışlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar