Moskva bazarındakı yanğınla bağlı erməni şirkət rəhbəri tutuldu
04 Aprel 2012 Çərşənbə 01:02
Sedrak Stepanyan 17 tacikistanlı işçinin yanaraq öldüyü anbarı icarəyə götürübmüş
Moskvada 17 tacikistanlı işçinin ölümü ilə nəticələnən bazar yanğını ilə bağlı ikinci şübhəli şəxs həbs edilib. ANS PRESS-in “Vesti” telekanalına imtinadən verdiyi məlumata görə, o, yanan anbarı icarəyə götürmüş firmanın rəhbəridir. “Albaset” MMC-nin rəhbəri Sedrak Stepanyan anbarı icarəyə götürərək, orada qeyri-leqal miqrantları işə cəlb edib. Hazırda Sedrak Stepanyan Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva şəhəri üzrə idarəsində ifadə verir və həbs-qətimkan tədbirinin seçilməsi məsələsi müzakirə edilir.

Qeyd edək ki, anbarın sahibi - “Start 2” MMC-nin baş direktoru Vladimir Lıkov da həbs edilib. O, yanğın təhlülkəsizliyi qaydalarının pozulması nəticəsində iki və daha artıq şəxsin ölümündə şübhəli bilinir.

Xatırladaq ki, yanğın ötən gecə Kaçalov bazar kompleksinin ərazisində baş verib. Yanan anbarın yataqxana kimi istifadə olunduğu güman edilir. Yanğın yerində aparılan axtarış-xilasetimə işləri zamanı 17 nəfərin cəsədi aşkarlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar