Monteneqroda Hüseyn Cavid abidesi ucaldılıb
12 Sentyabr 2013 Cümə Axşamı 09:41
Monteneqroda Hüseyn Cavid abidesi ucaldılıb. Monteneqro paytaxtı Podqoritsanın mərkəzi hissəsində “Bakı” küçəsinin təntənəli açılışı olub.
Monteneqronun paytaxtı Podqoritsa şəhərinin tarixi “Kral parkı”nda Azərbaycan xalqının görkəmli şair və dramaturqu Hüseyn Cavidin büstünün və şəhərin mərkəz hissəsində “Bakı” küçəsinin təntənəli açılış mərasimi keçirilib.
Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyindən verilən məlumata görə, tədbirdə Monteneqronun Baş naziri Milo Cukanoviç və Azərbaycanın Baş nazirinin müavini Elçin Əfəndiyev, dövlət və hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, ölkənin tanınmış ziyalıları, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri iştirak edib.
Parkda Azərbaycan və Monteneqro əlaqələrinin dostluğunun və sülhün tərənnümü olan dəfnə ağacı əkilib.

Qeyd eədk ki, ümummilli lideri Heydər Əliyevin birbaşa səyləri nəticəsində cənazəsi qürbətdən, uzaq Sibirdən Vətənə gətirilərək, doğulduğu torpaqda dəfn edilən Hüseyn Cavidin Monteneqroda əbədiləşdirilməsi və büstünün ucaldılması prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilib.

Parkın girişində Azərbaycan və Monteneqronun gerblərinin altında hər iki dildə “Kral parkı”nda yenidənqurma və abadlaşdırma işləri, Azərbaycan və Monteneqro xalqlarının dostluq əlaqələrinin rəmzi kimi Prezident İlham Əliyevin təşəbbüsü, Azərbaycan hökumətinin və Podqoritsa şəhər meriyasının dəstəyi ilə həyata keçirilmişdir” sözləri yazılmış lövhələr vurulub.
Parkın inşası zamanı Azərbaycanın və Monteneqronun milli memarlıq üslublarından geniş istifadə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar