Monako knyazının toyu 20 milyon avroya başa gəlib
07 İyul 2011 Cümə Axşamı 02:45
Xərclər dövlət və knyaz sarayı arasında yarıbayarı bölünüb.
Monako knyazı II Alber və Cənubi Amerikadan olan idmançı Şarlen Uittstokun toyu dövlətə və knyaz sarayına 20 milyon avroya başa gəlib. Məlumatı “Frans Press” agentliyinə Monakonun dövlət naziri Mişel Rojer verib.
Ötən həftənin cümə günü 53 yaşlı Monako knyazı 33 yaşlı sevgilisi ilə nikaha girib. Şənbə günü isə cütlüyün toyu olub. Mərasim konsert, atəşfəşanlıq və təmtəraqlı qəbullarla müşayiət olunub.
“Toyun ümumi büdcəsi dövlət və saray arasında yarıbayarı bölünüb. Dövlət büdcəsində 9 milyon 850 min avro xərclənib”, - dövlət naziri bildirib.
Yeri gəlmişkən, cütlük bal ayını Şarlen Uittstokun vətənində - CAR-da keçirir. Knyaz II Alber iş və istirahəti eyni vaxta salıb. O, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvüdür. Ötən gün CAR-da BOK-un toplantısı keçirilbv ə 2018-ci ilin qış Olimpiya oyunlarının paytaxtı seçilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: