Monako knyazı evləndi
02 İyul 2011 Şənbə 02:29
Monako knyazı evləndi. Rəsmi nikah mərasimi isə bu gün olacaq.
Monako knyazı II Alber və Cənubi Afrikadan olan Şarlen Uittstok Knyaz sarayında evləniblər. Mərasimdə 80-dən çox adam iştirak ediblər. Qonaqlar arasında yaxın cütlüklər və rəsmi şəxslər iştirak ediblər. Monako sakinləri isə nikah mərasimini Knyaz sarayının qarşısında böyük ekranların quraşdırıldığı meydanda izləyiblər.
Rəsmi nikah mərasiminin isə bu gün keçiriləcəyi gözlənilir.
Monako knyazı II Alber (Alber Aleksandr Lui Pyer) 14 mart 1958-ci ildə knyaz III Renye və ameikalı kinoaktrisa Qreys Kellinin ailəsində dünyaya gəlib. II Alber uşaqlıqdan fransız və ingilis dillərində sərbəst danışıb, sonradan alaman, ispan və italyan dilərini də öyrənib. O, futbol, üzgüçülük və yüngül atletika ilə maraqlanan böyük idman həvəskarı kimi tanınır. Bundan başqa, II Alber dörd dəfə Olimpiya oyunlarında bobsleyçi kimi çıxış edib.
Knyaz Alber idmançı Şarlet Uittstokla 2000-ci ildə, o, Monakoya üzgüçülük yarışlarında iştirak edərkən tanış olub. Beləliklə, knyazın tanışlığından nikahadək 11 il keçib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: