Molla Ömərin öldürülməsi xəbəri təsdiqini tapmadı
24 May 2011 Çərşənbə Axşamı 06:36
Əfqanıstan kəşfiyyat xidməti isə Molla Ömərin yoxa çıxdığını deyib.
Taliban qruplaşması liderləri Molla Məhəmməd Ömərin qonşu Pakistanda qətlə yetirilməsini təkzib edib. Qruplaşma Molla Məhəmməd Ömərin sağ olduğunu və Əfqanıstanda olduğunu bildirib. Kabildə keçirilən mətbuat konfransında Əfqanıstan kəşfiyyat xidmətinin sözcüsü Lütfullah Maşal Molla Ömərin Qetodan Şimali Vəziristana hərəkət edərkən yoxa çıxdığını deyib. Kəşviyyat xidməti sözcüsü hadisənin Taliban liderinin hərəkət etdiyi yolda baş verə biləcəyini, amma özlərində Taliban liderinin taleyi haqda dəqqiq məlumatlarının olmadığını deyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: