Moldovadan Rusiyaya rədd
25 Aprel 2010 Bazar 04:05
Mixay Gimpu: “9 may paradına qaliblər gedir, məğlubların orada nə işi?”
Moldova prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən spiker Mixay Gimpu mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək. O, bunu yerli telekanallardan birinə müsahibəsində deyib: “Məni Moskva ilə heç nə bağlamır. Ora yalnız qaliblər gedir. Məğlubların orada nə işi?”.
Mixay Gimpu bildirib ki, İkinci Dünya müharibəsindəki qələbə Moldaviyada yaşayanlara heç də xoşbəxtlik gətirməyib: “Mən razıyam ki, İkinci Dünya müharibəsinin başa çatmasının 65-ci ildönümü tamam olur. Amma mən Sovet İttifaqı dövründə Moldova vətəndaşlarının yaşadığı bədbəxtlik, deportasiya və aclığı unuda bilmərəm”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: