Moldovada yenə prezident seçə bilmədilər
17 Dekabr 2011 Şənbə 01:25
Növbəti cəhd də baş tutmasa, ölkədə son iki il ərzində üçüncü dəfə parlament seçkiləri keçirilə bilər.
Moldova parlamenti yenə prezident seçə birməyib. Ötən gün keçirilən gizli səsvermədə dövlət başçılığına yeganə namizəd olan spiker Marian Lupuya cəmi 58 deputat səs verib. Halbuki, qələbə üçün 101 deputatdan ən azı 61-inin səsi lazımdır.
Səsvermədə 62 deputat iştirak edib. Marian Lupuya isə yalnız hakim “Avropa inteqrasiyası uğrunda Alyans” koalisiyasından olan deputatlar səs veriblər. Kommunistlər isə “məzhəkə” adlandırdıqları səsvermədə iştirak etməyiblər. İqor Dodon qrpunun üzvləri isə səsvermədə iştirak etsələr də, Marian Lupuya səs verməyiblər. İqor Dodon və kommunistlərin lideri, keçmiş prezident Vladimir Voronin hakim koalisiyaya dövlət başçılığına başqa namizədlə bağlı danışıqlara başlamağı təklif ediblər.
Deputatların prezident seçmək üçün cəmi bir cəhd imkanları qalıb. Əgər bu cəhd də uğursuz olsa, parlament buraxılacaq. Beləliklə, Moldovada son iki il ərzində üçüncü növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı var.
DOSTLARINLA PAYLAŞ: