Moldovada seçkilər başa çatdı
29 İyul 2009 Çərşənbə 23:50
"Exit-poll"un nəticələrinə görə, seçkilərdə hakim Kommunist Partiyası liderlik edir

Moldovada növbədənkənar parlament seçkiləri başa çatıb. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 21.00-da bütün seçki məntəqələri bağlı elan olunub.

Yalnız Dnestryanı bölgəsində üç seçki məntəqəsi açıq qalıb. Burada səsvermə yerli vaxtla saat 23:00-dək uzadılıb.

Xatırladaq ki, parlament seçkilərində hakim Kommunist Partiyası liderlik edir. Belə ki, adıçəkilən partiya "exit-poll"un nəticələrinə görə, səslərin 41,2 faizini toplayıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar