Moldovada MDB ziyalılarının IV Forumu keçirilir
25 Sentyabr 2009 Cümə 13:05
Azərbaycanı forumda Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliklərinin nümayəndə heyəti təmsil edir
Moldovanın paytaxtı Kişinyov şəhərində MDB-yə üzv ölkələrin elm və yaradıcı ziyalılarının IV Forumu işə başlayıb. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, forumun təşkilatçıları MDB-nin Humanitar Əməkdaşlıq Fondu və Moldova Hökumətidir. Forumda MDB dövlətlərinin 450 nümayəndəsi iştirak edir. Azərbaycanı forumda Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyinin geniş nümayəndə heyəti təmsil edir.
Azərbaycan nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova, Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynova, Rus Dram Teatrı - İranə Tağızadə, “Qobustan” jurnalının baş redaktor müavini Maarif Soltan mədəni irs, kitabxana, arxiv işi, ədəbiyyat və kitab nəşri, teatr, musiqi və s. bölmələrin işində fəal iştirak edirlər.
Müzakirələrdə qloballaşma dövründə modernləşmə prosesləri, millətlərin milli ənənələrini nəzərə almaq və bununla da dirçəliş, tərəqqiyə nail olmaq, habelə 2010-cu ilin MDB-də “elm ili”nin elan edilməsi və s. məsələlər müzakirə olunur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: