Moldova prezident seçə bilmədi
07 Dekabr 2009 Bazar Ertəsi 14:35
Moldova yenə prezident seçə bilmədi. Kommunist Partiyasının üzvləri səsvermə keçirilən parlament zalını tərk ediblər.
Moldova parlamenti növbəti dəfə ölkə prezidentini seçə bilmədi. Mariana Lupunun prezidentliyə namizədliyinin "lehinə" cəmi 53 deputat səs verib. Prezident seçilməsi üçün isə ona ən azı 61 səs lazımdır.
Bundan əvvəl Moldova Kommunist Partiyasının üzvləri yenə parlament zalını tərk ediblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar