İyulun 29-da Moldovada keçirilən növbədənkənar seçkilərin yekunu üzrə ölkə parlamentində əksəriyyət əldə edən dörd partiya “Avropa inteqrasiyası naminə” şüarı altında hakim koalisiya təsis ediblər. ANS PRESS-in “İtar-tass”a istinadən verdiyi xəbərə görə, bu barədə şənbə günü əksəriyyət əldə edən dörd partiyanın liderləri bəyan edib.
Bu dörd partiya parlamentdə 101 yerdən 53-nü əldə edib. Lakin prezident seçmək üçün 61 səs lazımdır və bu səbəbdən onlar parlamentdə 48 mandat qazanan, seçkiləri baykot edə və parlamenti buraxa bilən kommunistlərlə razılığa gəlməlidirlər.
Xatırladaq ki, parlamentdə Liberal-Demokrat, Liberal, Demokratlar və “Bizim Moldova” alyansı partiyaları əksəriyyət qazanıb. /ANS PRESS/