Moldova prezidenti Vladimir Voronin bazar ertəsi parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin iyunun 29-da keçirilməsinə dair fərman imzalayıb. ANS PRESS-in “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, ötən cümə Moldovanın Konstitusiya Məhkəməsi hazırkı prezidentin parlamentin buraxmaq hüququnu təsdiq edib. /ANS PRESS/