Moldova Kommunist Partiyası müxalifətə keçə bilər
31 İyul 2009 Cümə 23:55
Kommunistlər müxalifətlə danışıqlara hazır olduqlarını bildiriblər

 

Moldovanın Kommunist Partiyası növbədənkənar parlament seçkilərindən sonra radikal ekstremist qüvvələrin iştirakı ilə sağ-liberal koalisiyası yaradılacağı təqdirdə müxalifətə keçə bilər. ANS PRESS-in “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, bu fikirlər cümə günü Moldova prezidenti Vladimir Voroninin sədrliyi ilə Kommunist Partiyası fəallarının müşavirəsində səslənib.

"İqtisadiyyatın, sosial sahənin və Moldova dövlətçiliyinin dağılma ssenarisinin qarşısını başqa yolla almaq mümkün deyil", - deyə partiyanın press-relizində bildirilir.

Xatırladaq ki, iyulun 29-da Moldovada keçirilən növbədənkənar parlament seçkiləri gözlənilməz nəticələr verib. Belə ki, hakim Kommunist Partiyası parlamentdə mandatların çoxluğunu qazana bilməyib. Kommunistlər prezident seçə bilmək üçün müxalifətlə koalisiya yaratmalıdırlar. Əks təqdirdə Moldovanı yeni siyasi böhran və seçkilər dalğası gözləyir.

Kommunistlər təkliflərinə baxılması üçün müxalifət nümayəndələri ilə danışıqlar aparmağa hazır olduqlarını bildiriblər. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar