Model Mariya Alvarada və bacısının qatili tapılıb
20 Noyabr 2014 Cümə Axşamı 11:56
Hondurasda yaşayan 19 yaşlı model Mariya Alvarada və bacısı Sofiya Trinidadı qətlə yetirən şəxsin kimliyi məlum olub.
ANS PRESS-in məlumatına görə, Honduras polis rəisi general Ramon Sabillon bildirib ki, bacıları Plataro Ruiz öldürüb. O, Sofiyanın sevgilisi olub.

Hadisə qısqanclıq səbəbindən baş verib. Ruiz sevgilisinin başqa kişi ilə rəqs etdiyi əsəbləşib. Bu səbəbdən də, Santa Barbarada təşkil olunan şənlikdən sonra bacıları öldürüb. O, əvvəlcə Sofiyaya atəş açıb. Daha sonra qorxudan qaçmaq istəyən modeli güllələyib. Ruiz onların meyitini şəhər yaxınlığındakı gölün yaxınlığında basdırıb.

Saxlanılan Ruiz törətdiyi cinayəti etiraf edib. O, bacıları basdırdığı yeri göstərib.

Qeyd edək ki, qətlə yetirilən 19 yaşlı model 2014-cü ildə keçirilən gözəllik yarışmasının birincisi olub. O, “Honduras-2014”nın qalibi olub. O, 2015-ci ildə Londonda keçiriləcək dünya üzrə gözəllik müsabiqəsində iştirak edəcəkdi.

Bacıları öldürən qatil indi məhkəmə qarşısında cavab verəcək.
 




DOSTLARINLA PAYLAŞ:

oyunlar