Möcüzələrə inanmaq lazımdır
28 Yanvar 2010 Cümə Axşamı 18:25
Haitidə 15 gün dağıntılar altında qalan insan sağ çıxıb
Bir neçə güclü zəlzələ nəticəsində viran qalan Haiti paytaxtı Port-o-Prensdə fəaliyyətlərini davam etdirən xilasedicilər gördüklərindən heyrətə gəlib. Onlar zəlzələdən sonra 15 gün dağıntılar altında əmələ gələn qorxunc xarabalıqdan yeniyetmə qızı çıxarmağa müvəffəq olub.

Xilasedicilərin sözlərinə görə, zəlzələ zamanı ayağından ağır xəsarət alan Darlin adlı 16 yaşlı qız aclıqdan və susuzluqdan taqətini itirmiş vəziyyətdə tapılıb. Xilasedicilər Darlinin sağ qalmasını möcüzə adlandırıb. Onlar qız uşağının bu müddəti yaşamaq üçün hardan güc tapdığına məəttəl qalıb.

Qeyd etmək lazımdır ki, uşağın həqiqətən də bəxti gətirib. Çünki Haiti hökuməti hələ beş gün bundan öncə xilasetmə işlərinin dayandırıldığını bəyan edib.

Xatırladaq ki, yanvarın 12-də baş vermiş zəlzələ ən azı 200 min insanın həyatına son qoyub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar