Mobil telefonu zərərlidir deyərək qonşusundan yarım milyon dollar tələb edir
15 Yanvar 2010 Cümə 05:35
ABŞ vətəndaşı qonşusunun ayfonundan yayılan elektromaqnit dalğalarının verdiyi ziyana görə qonşusunu məhkəməyə verib
Amerika vətəndaşı mobil telefonun insan səhhətinə vurduğu ziyan barədə mübaliğəli həssasiyyət göstərib. Belə ki, ABŞ vətəndaşı Artur Firstenberg qonşusunun ayfonundan (iPhone) yayılan elektromaqnit dalğalarının verdiyi ziyanı irəli sürərək qonşusunu məhkəməyə verib. Hüquqlarını məhkəmədə axtarmağa qərar verən A. Firstenberg qonşusundan 530 min dollar təzminat tələb edib. O hətta məhkəməyə yazdığı ərizəyə, qonşusunun gecələri ayfonu netbuka qoşaraq emerji ilə təmin edərkən zərərin çoxalması barədə iddialar da əlavə edib.

Qeyd edək ki, bu, Arturun bu istiqamətdə atdığı ilk addım deyil. Məlumata görə o, 2008-ci ildə mobil telefonların ətraf mühitə verdiyi ziyanı nəzərə alaraq dövlətdən mobil telefonların istifadə olunmadığı xüsusi yerlər yaradılmasını tələb etmişdi. Firstenberg daha əvvəl televizorların da zərərli dalğalar yayması barədə iddialarla çıxış etmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar