Tacikistanın təhsl müəssisələrində mobil telefondan istifadəyə qadağa qoyulub.
Tacikistan parlamentinin aşağı palatası təhsil müəssisələrində mobil telefonlardan istifadəni qadağan edən qanun qəbul edib. Yeni qanunda təkcə məktəblilər və tələbələrin deyil, müəllimlərin də təhsil müəssisələrində mobil telefondan istifadəsinə qadağa qoyulur. Bu qadağanı pozanları yüksək miqdarda cərimə gözləyir. Deputatlar bu qanunu tədrisin keyfiyyətini artırmaq məqsədilə qəbul etdiklərini bildiriblər. Lakin qanunun əleyhinə çıxan deputatlar da yox deyil. Millət vəkili Yusif Əhmədov bildirib ki, valideynlər məhz mobil telefon sayəsində övladlarının davranışını nəzarətdə saxlaya bilirlər: “Bu kimi qanun qəbul etməkdənsə, məktəblərə şagirdlər üçün telefon xətti çəkmək lazımdır ki, valideynlər onlarla əlaqə saxlaya bilsin”.