Mixail Saakaşvilinin reytinqi artırır
23 Oktyabr 2009 Cümə 19:00
Gürcüstan prezidenti Mixail Saakaşviliyə ABŞ-ın dəstəyi kömək olub
ABŞ-ın dəstəyi Gürcüstan prezidenti Mixail Saakaşvilinin reytinqini artırır. «Bloomberg» ekspertlərinin hazırladığı hesabatda bildirilir ki, Saakaşvilinin fəaliyyətindən ölkə əhalisinin 68 faizi razıdır. Vətəndaşların 30 faizi isə prezidentin işindən narazıdır.

Sosioloji sorğu ABŞ-ın Greenberg Quinlan Rosner şirkəti tərəfindən aparılıb.

Gürcüstan prezidenti Mixail Saakaşvili isə bu gün Qoridə çıxış edib. O bəyan edib ki, Gürcüstan bu gün dünyada sahib olduğunu nüfuza heç vaxt malik olmayıb. Onun sözlərinə görə, bu avqust müharibəsinin nəticəsidir. “Bu müharibədən sonra bütün postsovet məkanı dəyişdi. MDB əməli olaraq dağıldı. Bu gün bəlkə yalvarmaqla bir neçə lideri ora toplamaq olar. Çünki praktiki olaraq heç kim ora yığışmaq istəmir”, - deyə o bildirib.

Saakaşvili qeyd edib ki, bir il öncə bir çoxları “Gürcüstanın dağılacağını” gözləyirdi. “Həmçinin Avropada da hazırkı hökumətimizin 20 faiz xilas olmaq şansının olduğunu bildirilirdi. Lakin biz buna sinə gəldik və təslim olmadıq”, - deyə prezident vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar