Mixail Saakaşvilinin oğlunun velosipedini oğlurladılar
05 İyul 2012 Cümə Axşamı 01:23
Gürcüstan prezidenti ölkəsini Qərblə müqayisə etmək fürsətini əldən verməyib.
Nyu-Yorkda Gürcüstan prezidentinin oğlu, 16 yaşlı Eduardın velovipedini oğlurlayıblar. ANS PRESS-in RBK agentliyinə istinadən verdiyi məlumata görə, bunu Gürcüstan prezidenti Tiflisdə Müdafiə Nazirliyində olarkən deyib.
“Dünən Nyu-Yorkda küçədən oğlumun velosipedini oğurlayıblar. Oğlum oğurluq faktının özünə yox, ətrafda video kameraları ola-ola cinayətkarların oğurluq etmələrinə təəccüblənib”, - Mixail Saakaşvili deyib.
Mixail Saakaşvili fürsətdən istifadə edərək, Qərblə Gürcüstanı müqayisə də edib. Onun sözlərinə görə, Tiflisdə müşahidə kameralarının olduğu küçələrdə hüquqpozmalar qeydə alınmır. Prezidentin fikrincə, bu, Gürcüstanın cinayətkarlıqla mübarizədə əldə etdiyi uğurun göstəricisidir və ölkə ictimai asayiş baxımından ən təhlükəsiz yerlərdən birinə çevrilib. “Biz adambaşına düşən cinayətlərin sayı ABŞ və digər Qərb ölkələri ilə müqayisədə azdır”, - Mixail Saakaşvili bildirib.
Qeyd edək ki, Eduard Saakaşvili birinci dəfə deyil xəbər mövzusuna çevrilir. O, 2011-ci ilə iPad-da mətn yığmaq sürətinə görə Ginnesin rekordlar kitabına düşüb. Prezidentin oğlu iPad-da ingilis əlifbasını yalnız sağ əli ilə 5,26 saniyəyə yığıb.
DOSTLARINLA PAYLAŞ: