Mixail Saakaşvilinin iqamətgahına kök və kələm atıblar
10 Aprel 2009 Cümə 22:10
Gürcüstan müxalifətinin prezident iqamətgahı və İctimai televiziya qarşısındakı mitinqi başa çatıb

Gürcüstan müxalifətinin prezident Mixail Saakaşvilinin iqamətgahı və İctimai televiziya qarşısındakı mitinqi başa çatıb. «İnterfaks» agentliyinin məlumatına görə, hazırda müxalifət tərəfdarları Gürcüstan parlamentinin qarşısına qayıdırlar. Parlament qarşısındakı mitinq bu dəqiqələrdə də davam edir.
Mixail Saakaşvilinin iqamətgahı qarşısındakı mitinqin iştirakçıları həyətə kök və kələm atıblar. Müxalifət liderlərindən olan Bejan Qunava mitinqdəki çıxışında Gürcüstan prezidentini «dovşan» adlandırıb: «O öz xalqından qorxur. Biz hər cün ona kök və kələm gətirəcəyik». /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar