Mixail Saakaşvilini məhkəməyə veriblər
02 İyun 2009 Çərşənbə Axşamı 21:20
Nino Burcanadze prezidentin bəyanatına məhkəmədə cavab vermək istəyir

 

Gürcüstanın "Demokratik hərəkat - Vahid Gürcüstan" partiyasının lideri Nino Burcanadzenin vəkilləri bu gün Tbilisi Şəhər Məhkəməsinə prezident Mixail Saakaşviliyə qarşı iddia irəli sürüblər. ANS PRESS-in "Georgia online"-yə istinadən yaydığı məlumata görə, bu barədə çərşənbə axşamı sabiq spiker radikal müxalifətin Gürcüstan parlamenti binası qarşısında keçirdiyi mitinqdə bəyan edib.

Bir neçə həftə əvvəl Saakaşvili Burcanadze və onun partiyasının Rusiya xüsisi xidmət orqanları ilə əməkdaşlıqda ittiham etmişdir.

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar