Mixail Saakaşvili oğlunu rus dilini öyrənməyə məcbur edir
16 İyul 2010 Cümə 02:00
“Nəsillər keçəcək və yeni nəsil Rusiyanın nə olduğunu, harada yerləşdiyini başa düşməyəcək”.
Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın ona qarşı irəli sürdüyü tələbləri başa düşmədiyini bildirib. “Onların nə istədiyini başa düşmək olmur” deyən Gürcüstan prezidenti Belarus televiziyasının efirindən bəyan edib ki, “Gürcüstan həmişə Rusiyaya doğru addım atmağa çalışsa da, güzəştlərə getsə də, Rusiya daim daha artığını istəyib”.

“Mən həmişə demişəm ki, mən ya sonuncu, ya da sonuncudan əvvəlki Gürcüstan prezidentiyəm ki, Pukin, Lermontov, Brodski, Yesenindən sitat gətirə bilirəm. Nəsillər keçəcək və yeni nəsil Rusiyanın nə olduğunu, harada yerləşdiyini başa düşməyəcək”-deyə Mixail Saakaşvili bildirib.

Gürcüstanın dövlət başçısı onu da deyib ki, oğlunu rus dilini öyrənməyə məcbur edir: “O deyir ki, ətrafda heç kim rus dilini öyrənmir və soruşur ki, bu, nəyə lazımdır”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar