Mixail Saakaşvili mühakimə olunacaq
04 Dekabr 2009 Cümə 20:10
Mixail Saakaşvili mühakimə olunacaq. Gürcüstanda “Xalq hakimiyyəti mühakimə edir” layihəsinə start verilib.
Gürcüstan prezidenti Mixail Saakaşvili mühakimə olunacaq. Belə ki, Gürcüstanda ölkə başçısının vəkilinin axtarışına başlanılıb. Bu, “Xalq hakimiyyəti mühakimə edir” layihəsi çərçivəsində gerçəkləşəcək.
Artıq Xalq Şurasının ilk iclası keçirilib və layihənin başlaması üçün hər şey hazırdır.
Layihə müəlliflərinin sözlərinə görə, layihə ilə əlaqədar onlar artıq ölkə başçısı Mixail Saakaşvili, Pavle Kublaşvili və digər hakimiyyət nümayəndələrinə məhkəmədə onların maraqlarını müdafiə edəcək vəkilin ayrılmasına dair məktub ünvanlayıb. Əgər qarşı tərəf bir həftə ərzində öz nümayəndəsini göndərməsə, bu təqdirdə həmin vəzifəyə müsabiqə elan olunacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: