Mixail Saakaşvili həbs olunacaq?
20 Fevral 2013 Çərşənbə 20:39
Gürcüstan prezidenti Mixail Saakaşvili : Putindən qorxmadım, bunlardanmı qorxacam?
Gürcüstan prezidenti Mixail Saakaşvili həbs oluna bilər. Belə bir iddia ilə yerli “Versia” qəzeti çıxış edib. Etibarlı mənbəyə istinadən edən nəşrin məlumatına inansaq, prokurorluq nümayəndələri xarici diplomatlarla görüşüb və onlara Saakaşvili komandasına daxil olan şəxslərə qarşı istintaq materiallarını təqdim edib. Həmin sənədlərlə tanışlıqdan sonra diplomatlarda nheç bir sual qalmayıb.

İddiaya əsasən, diplomatlar faktiki olaraq Tiflis meri Giqi Uqulava və prezident Mixail Saakaşvilinin həbsinə yaşıl işıq yandırıb.

Maraqlıdır ki, artıq prezident Saakaşvili bu məlumata reaksiya verib. İvanişvili hökumətindən qorxmadığını deyən prezident etdiklərinə görə cavab verməyə hazır olduğunu bildirib: “Rusiya prezidenti Vladimir Putin 2008-ci ildə mənə ölüm hökmü çıxarmışdı. Heç onda qorxmadım. Gürcüstanın yeni hakimiyyətinin hədələrindən isə ümumiyyətlə qorxmuram”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar