Mixail Saakaşvili haqqında növbəti cinayət işi
05 Avqust 2014 Çərşənbə Axşamı 18:23
Eks prezident Mixail Saakaşvili deputatın döyülməsində ittiham edilir.
Gürcüstanın Baş prokurorluğu sabiq prezident Mixail Saakaşvili və sabiq baş nazir Vano Merabişvili haqda yeni cinayət işinin açıldığını elan edib.
ANS PRESS-in məlumatına görə, Saakaşvili deputatın döyülməsində ittiham edilir.
"Mixail Saakaşvili və Vano Merabişvili 333-cü maddəyə əsasən (xidməti səlahiyyətlərin aşılması) məsuliyyətə cəlb edilir", - deyə prokurorluğun bəyanatında deyilir.
Söhbət 2005-ci ildə Gürcüstan parlamentinin deputatı Valeri Qelaşvilinin döyülməsinin təşkilindən gedir.
Saakaşvili, həmçinin 7 noyabr 2007-ci ildə müxalifət aksiyasını dağıtmaqda günahlandırılır.
DOSTLARINLA PAYLAŞ: