Mixail Saakaşvili: Gürcüstan parlamenti biabır oldu
29 Dekabr 2012 Şənbə 01:41
Mixail Saakaşvili: Parlament vətənə xəyanətin, hərbi qiyamın mümkünlüyü presendentini yaratdı.
Gürcüstan prezidenti Mixail Saakvişvili televiziya ilə xalqa müraciət edib. ANS PRESS-in məlumatına görə, o, amnistiya barədə qanuna dövlət başçsının vetosunu nəzərə almayan Gürcüstan parlamentinin hərəkətlərindən heyrətini ifadə edib: “Bu, Gürcüstan parlamentarizmi üçün rüsvayçılıq günü olacaq. Mən qanuna vetonu cəmiyyəti ağır nəticələrdən qorumaq üçün qoymuşdum. Mən uşaq qatillərinin, Rusiya casuslarının, dövlət çevrilişləri və hərbi qiyamların təşkilatçılarının azadlığa çıxzmağını istəmirdim. Parlament prezidentin vetosunu nəzərə almamaqla dövlətçilik əleyhinə akta görə məsuliyyəti üzərinə götürdü”. O, uşaqbazların, narkotik alverçilərinin, talançıların azadlığa çıxmasından sonra yaranacan qorxunc mənzərəni də təsvir edib. Mixail Saakaşili Rusiya casuslarının azadlığa buraxılmasının nəticələrini xüsusi vurğulayıb: “Parlament bütün Rusiya casuslarını azadlığa buraxır. Casusların bağışlanması o deməkdir ki, gələcəkdə Gürcüstanda növbəti hökumət dəyişikliyi ümidi ilə casusların sayı artacaq. Bu gün Gürcüstan parlamenti vətənə xəyanətin, hərbi qiyamın mümkünlüyü, hakimiyyət dəyişikliyindən sonra hər şeyi bağışlanacağı presendentini yaratdı. Bu, çox təhlükəli presendentdir”

“Bu gün təkcə ədalətsizliyin bayramı deyil, həm də yeni Gürcüstan hökumətindən müsbət işarə alan paytaxtlardan birində bayramdır”, - Mixail Saakaşvili əlaə edib. “Bu gün Gürcüstan məğlub oldu. Amma hesab edirəm ki, bu, müvəqqəti məğlubiyyətdir. Biz hər şeyi geri qaytaracağıq. Lakin bunun üçün cəmiyyət ədalətsizliyə qarşı səfərbər olmalıdır”, - Gürcüstan prezidenti deyib.

Qeyd edək ki, Gürcüstan parlamenti ötən gün Mixail Saakaşvilinin amnistiya haqqında qanuna qoyduğu vetonu rədd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar