Mixail Saakaşvili erməni kilsəsinə gedib
07 Yanvar 2011 Cümə 01:50
“Biz Gürcüstanın müstəqilliyi, ərazi bütövlüyü və azadlığı uğrunda əlində silah mübarizə aparan erməniləri unutmayacağıq”
Gürcüstan prezidenti Mixail Saakaşvili Tiflisdəki Surb Eçmiədzin erməni kilsəsində olub. O, erməni dindarları Milad bayramı münasibətilə təbrik edib. Kilsədəki müraciət edən Gürcüstan prezidenti bildirib ki, Gürcüstan erməniləri “ölkənin milli birliyinin ayrılmaz hissəsidirlər” və “Gürcüstan dövlətçiliyinin inkişafı işində böyük rol oynayırlar”.

Mixail Saakaşvili Gürcüstan-Ermənistan münasibətlərini “iki xalqın birgə mövcudluğu tarixində istisnasız nümunə” adlandırıb və bildirib ki, erməni və gürcü xalqlarını çətin tarixi və geosiyasi vəziyyətlərdə dostluq, qardaşlıq və qarşılıqlı yardım bağlayır. Gürcüstan prezidenti qeyd edib ki, iki ölkə arasında münasibətlər yalnız keçmişdə yox, bu gün də qorunmalı və gələcəkdə də davam etdirilməlidir: “Biz ermənilərin Gürcüstanın iqtisadi, mədəni və dini inkişafındakı töhfələrini, eləcə də son illər Gürcüstanın müstəqilliyi, ərazi bütövlüyü və azadlığı uğrunda əllərində silah mübarizə aparan, öz qanları bahasına ölkənin mövcudluğu və inkişafını təmin edən erməniləri heç vaxt unutmayacağıq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar