Mixail Saakaşvili bu gün İrəvana gedir
22 Yanvar 2011 Şənbə 02:10
Mixail Saakaşvili Serj Sarkisyanla təktəbək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə görüşəcək.
Gürcüstan prezidenti Mixail Saakaşvili yanvarın 22-23-də Ermənistanda işgüzar səfərdə olacaq. Məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb.
Ermənistan və Gürcüstan prezidentləri Serj Sarkisyan və Mixail Saakaşvilinin təkbətək görüşü planlaşdırılır. Sonra isə iki nümayəndə heyətinin geniş tərkibdə görüşü olacaq. Görüşlərdə ikitərəfli və çoxtərəfli əlaqələr, o cümlədən, Gürcüstan və Ermənistan arasında iqtisadi əməkdaşlıqla balı məsələlər müzakirə ediləcək.
Mixail Saakaşvili sonuncu dəfə 2009-cu ilin iyununda Ermənistanda rəsmi səfərdə olub. Serj Sarkisyan isə ötən ilin fevralında Tiflisə səfər edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: