Mixail Saakaşvili barədə məhkəmə həbs qərarı verdi
02 Avqust 2014 Şənbə 08:18
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili barədə məhkəmə həbs qərarı verdi.
ANS PRESS-in məlumatına görə,Tbilisi məhkəməsi bu gecə Gürcüstanın eks-prezidentinin nəzarətə alınması barədə qərar çıxarıb.
Daha əvvəl hakimiyyət qüvvələri onu müxalifətin mitinqinin dağıdılması prosesində vəzifəsindən sui istifadədə ittiham edirdilər.
Lakin hazırda ABŞ-da olan eks prezident özü təqibləri siyasi adlandıraraq istintaqla əməkdaşlıq etməkdən imtina edir.
DOSTLARINLA PAYLAŞ: