Mixail Saakaşvili Barak Obama ilə görüşəcək
18 Yanvar 2012 Çərşənbə 03:16
Görüş yanvarın 30-da Vaşinqtonda keçiriləcək.
Yanvarın 30-da Vaşinqtonda ABŞ prezidenti Barak Obama və gürcüstanlı həmkarı Mixail Saakaşvili arasında görüş keçiriləcək. ANS PRESS xəbər verir ki, bu barədə məlumatı Ağ evin mətbuat xidməti yayıb.
Prezidentlər Gürcüstan və ABŞ arasında strateji təərfdaşlıq Xartiyasının ticarət, turiz, energetiya, elm, təhsil, mədəniyyət və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişafı yolu ilə möhkəmləndirilməsi məsələsini müzakirə edəcəklər. Ağ evin məlumatında deyilir ki, Barak Obama Amerika və Gürcüstanın müdafiə sahəsində əməkdaşlığının vacibliyini, o cümlədən, Gürcüstanın Əfqanıstanda təhlükəsizliyi təmin edilməsi istiqamətində beynəlxalq əməliyyatlara verdiyi əməmiyyətli töhfəni vurğulayacaq.
ABŞ prezidenti Gürcüstanın beynəlxalq miqyasda tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyəcək.
Məlumatda o da deyilir ki, Barak Obama Gürcüstanda gözlənilən seçkilər və Gürcüstanı enerjili, sabit demokratik dövlətə çevrilməsini təmin edəcək islahatlar ətrafında fikir mübadiləsi aparılacağına da ümid edir.
DOSTLARINLA PAYLAŞ: