Mixail Saakaşvili bankları borca görə evləri almamağa çağırdı
17 İyun 2012 Bazar 03:43
Mixail Saakaşvili: “Kimisə yoxsullaşdırmaqla qazanc əldə etmək olmaz”.
Gürcüstan prezidenti Mixail Saakaşvili bankları borca görə evləri müsadirə etməməyə çağırıb.
“Banklar ödənməmiş kreditlər qarşılığında insanların mənzillərini alırlar və onları bayırda qoyurlar. Nəticədə ölkədə yoxsula çevrilən böyük əhali qrupu yaşanır”, - Mixail Saakaşvili deyib. Onun fikrincə, bunun mənfi nəticələri ola bilər.
“Elə etməyin ki, əlavə aclar və acizlər dəstəsi yaransın. Ehtiyatlı olun. Yoxsa, bank əleyhinə əhval-ruhiyyə yaradacaqsınız. Az qazancın dalınca qaçmayın. Kimisə yoxsullaşdırmaqla qazanc əldə etmək olmaz”.
DOSTLARINLA PAYLAŞ: