Mixail Saakaşvili arzuolunmaz şexs elan edilib
24 Dekabr 2013 Çərşənbə Axşamı 18:59
Ukrayna hakimiyyəti 36 xarici şəxsin ölkəyə girişini qadağan edib. Mixail Saakaşvili de arzuolunmaz şexs elan edilib
Ukrayna hakimiyyeti Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili de daxil olmaqla 36 xarici şexsin ölkeye girişini qadağan edib.
ANS PRESS Ukrayna metbuatına istinaden bildirir ki, bu şexsler hakim Regionlar Partiyasını temsil eden deputatın sorğusu esasında arzu olunmaz şexs elan edilib.
Siyahıda rusiyalı yoxdur ve böyük hissesini Gürcüstan vetendaşları teşkil edir. ABŞ-dan üç şexs - Brayn Fink, Miron Vasilik ve Aleksandr Ros, Böyük Britaniya vetendaşı Taras Kuzyo, Almaniya vetendaşı Andreas Umland ve Serbiya vetendaşı Marko İvkoviç de arzuolunmaz şexsler sırasındadır.
DOSTLARINLA PAYLAŞ: