Keçmiş SSRİ prezidenti Mixail Qorbaçev qərb ölkələrini yenidənqurmaya çağırıb. Onun fikrincə, dünya maliyyə böhranı XX sonunda formalaşmış iqtisadi modelin dayanıqsız olduğunu ortaya çıxarıb.
M.Qorbaçevin fikrincə, "yeni qərb modeli daha çox varlıların işinə yarayan illuziyadır". ABŞ KİV-lərinə müsahibəsində o bildirib ki, bu model "az sayda adamın ifrat gəlir əldə etməsinə və həddən yüksək istehlakına, resursların məhdudiyyətsiz istismarına, sosial və ekosiyasi məsuliyyətsizliyə" əsaslanır.
M.Qorbaçev qeyd edib ki, iqtisadi sistemin fundamental islahatları üçün onun hazır reseptləri yoxdur. Amma o əmindir ki, yeni model yaranacaq və orada "ümumi ehtiyaclara və ətraf mühit, yaxşı işləyən infrastruktur və ictimai nəqliyyat, yaxşı təhsil və səhiyyə sistemi, əlçatar mənzil kimi ictimai dəyərlərə böyük diqqət veriləcək". /ANS PRESS/