Misli görünməyən rekord vuruldu
19 Noyabr 2010 Cümə 10:35
Əli Bahçetepe
Türkiyədə 53 yaşlı taekvandoçu Əli Bahçetepe misli görünməmiş tamaşa göstərib. İdmançı bir dəqiqə ərzində 1145 betonu yalın əllə qıraraq “Ginness Rekordlar Kitabı”na adını yenidən yazdırıb. Taekvandoçu bu nəticə ilə özünə məxsus nəticəni yaxşılaşdırıb.

Qeyd edək ki, Əli Bahçetepe əvvəlki cəhdində bir dəqiqəyə 1134 beton qırmağa müvəffəq olmuşdu. O, bundan başqa 30 saniyə ərzində 696 beton blokunu da qıraraq öz nəticəsini bir qədər də yaxşılaşdırıb. Bundan əvvəl idmançı 30 saniyəyə 655 beton blokunu sındırmışdı.

Xatırladaq ki, 53 yaşlı taekvandoçu artıq 12 müxtəlif cəhddə rekord vuraraq adını “Ginness Rekordlar Kitabı”na yazdırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar