Misirlilər tarixi seçim qarşısında
17 İyun 2012 Bazar 10:59
Məhəmməd Mursi yoxsa Əhməd Şəfiq?
Misirdə prezident seçkilərinin II turunun ikinci səsvermə günüdür. Bu gün misirlilər "Müsəlman Qardaşları" islamçı hərəkatının namizədi Məhəmməd Mursi ilə Hüsni Mübarək dövrünün son baş naziri Əhməd Şəfiq arasında seçim edəcəklər. Səsvermə yerli vaxtla saat 8-də açılan 10 mindən çox seçki məntəqəsində keçirilir. Seçkinin I turunda "Müsəlman Qardaşları" üstünlüyə malik idi.
Əhməd Şəfiqin isə bu turda şansı aşağı qiymətləndirilir. Misirlilərin Mübarək rejiminin qalığı olan Əhməd Şəfiqin prezident seçiləcəyindən dolayı narahatlıq keçirdiyi vurğulanır. Həsən Asakir adlı seçici səs verdikdən sonra öz seçimini belə izah edib: "Mən Məhəmməd Mursiyə səs vermişəm. Kim olsa, Mursini seçər, çünki Şəfiqin seçilməsi Mübarək dövrünə qayıtmaq deməkdir".
Mona Şöhdi adlı qadın seçici də Əhməd Şəfiqin seçilməsinin Misir inqilabının süqutu demək olduğunu bildirib. Qeyd edək ki, Misirdə prezident seçkilərinin ikinci turunun yekun nəticələri iyunun 21-də məlum olacaq.
DOSTLARINLA PAYLAŞ: